Azərbaycanda 50 minə yaxın abituriyent növbəti sınaq imtahanında iştirak edəcək

Azərbaycanda 50 minə yaxın abituriyent növbəti sınaq imtahanında iştirak edəcək
# 25 aprel 2014 09:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün aprelin 27-də sınaq imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Göygöl, Samux, Qazax, Sumqayıt, Şamaxı, Mingəçevir, Naftalan, Şəki, Qax, Oğuz, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, Füzuli, Şirvan, Hacıqabul, Biləsuvar, Neftçala, Saatlı, Lənkəran, Lerik, Masallı, Quba və Şabran şəhərlərində ümumilikdə 68 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48293 abituriyent qeydiyyatdan keçib. İmtahan binalarına buraxılış abituriyentin özünün şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçiriləcək. Başqasının (valideyninin, digər qohumunun və s.) şəxsiyyət vəsiqəsi ilə yazılmış abituriyentlər imtahan binasına buraxılmayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR