Nəsrəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri fars dilindən azərbaycancaya tərcümə olunur

Nəsrəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri fars dilindən azərbaycancaya tərcümə olunur
# 23 avqust 2013 16:41 (UTC +04:00)

Bakı – APA. Nəsrəddin Tusinin “Əsasül-iqtibas” adlı məntiq əsəri ilk dəfə olaraq fars dilindən azərbaycancaya tərcümə olunur.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, AMEA Riyaziyyat və Mexanika İnstitutu tərəfindən 3 ildir həyata keçirilən tərcümə işləri yekunlaşmaq üzrədir.

Əsərin Azərbaycan dilində nəşri bu ilin sonuna nəzərdə tutulur.

Tərcüməçisi institutun baş laborantı Şahin Yəhya, elmi redaktoru isə Cəbr və riyazi məntiq şöbəsinin rəhbəri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əli Babayevdir.

Əsər fars dilində 600 səhifədən ibarətdir. Məntiq və fəlsəfə ixtisası üzrə təhsil alanlar əsərin azərbaycancasından ali məntiq dərsliyi kimi istifadə edə biləcək.

Xatırladaq ki, “Əsasül-iqtibas” “Şeyxur-rəis” təxəllüslü Əbu Əli ibni Sinanın “Şifa” adlı kitabından sonra yazılmış məntiq üzrə ən mükəmməl kitab hesab edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR