Azərbaycanın və Türkmənistanın Əlyazmalar institutları arasında əməkdaşlığa dair memorandum imzalanacaq

Azərbaycanın və Türkmənistanın Əlyazmalar institutları arasında əməkdaşlığa dair memorandum imzalanacaq
# 16 aprel 2014 15:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, institutun direktoru Teymur Kərimli ilə görüşən səfir onu böyük türkmən şairi Məhtimqulunun may ayında Aşqabadda keçiriləcək yubiley tədbirinə dəvət edib.

T.Komekov Əlyazmalar İnstitutunun fəaliyyət istiqamətləri, sərgi zalı ilə tanış olub, iki ölkənin Əlyazmalar institutları arasında əlaqələrin genişləndirilməsinin zəruriliyindən danışılıb.

Tərəflər may ayında Məhtimqulunun yubileyi münasibətilə elmi konfransın keçirilməsi, iki ölkənin Əlyazmalar institutları arasında əməkdaşlıq barədə memorandumun imzalanması barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR