Bakıda Enactus beynəlxalq proqramı üzrə VIII Respublika Çempionatı keçirilir

Bakıda Enactus beynəlxalq proqramı üzrə VIII Respublika Çempionatı keçirilir
# 30 may 2013 08:14 (UTC +04:00)

Bakı-APA. Bakıda Enactus beynəlxalq proqramı üzrə VIII Respublika Çempionatı keçirilir. Ənənəvi olaraq hər Enactus akademik ilinin sonunda keçirilən Milli Yarış bu il Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və AGBank ASC, KPMG Azərbaycan Şirkəti, Nobel Oil MMC Şirkətinin Azərbaycandakı filialının təşkilati və maliyyə dəstəyi ilə bu gün başlayacaq tədbir sabah da davam edəcək

APA-nın xəbərinə görə, Milli Yarışda 13 Enactus Azərbaycan komandası iştirak ediR.

Enactus Azərbaycan komandaları tərəfindən 30-dan artıq layihə təqdim ediləcək. 30 may 2013-cü ildə Enactus Komandaları 2 liqada yarımfinal mərhələsində yarışacaqlar. Hər liqada 6 və 7 Enactus komandası iştirak edəcək. Hər liqadan 2 Enactus komandası çıxacaq və 31 may 2013-cü il tarixində final mərhələsində finala çıxan 4 komanda yarışacaq. Qalib komanda 2013-cü ildə Azərbaycanı Meksikanın Kankun şəhərində keçirilən Enactus Dünya Kuboku 2013-də təmsil etmək şansı qazanacaq.

Tədbirdə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri iştirak edəcəklər. Münsif heyəti qismində isə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, AGBank, KPMG Azərbaycan, “Coca-Cola” - Azərbaycan, Nobel Oil Ltd Şirkətinin Azərbaycandakı filialı, SOCAR AQŞ, “Nurgün” Şirkətlər qrupunun və digər şirkətlərin nümayəndələri rəy bildirəcəklər.

Qeyd edək ki, “Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Entrepreneurial Action Us-Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub.

Enactus beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir araya gətirməkdir.

Azərbaycan bu proqrama 2005-ci ildən etibarən qoşulub və Azərbaycan komandaları dünya kuboku yarışlarında iştirak etmək hüququnu qazanıblar. İştirak illərində Azərbaycan komandaları müxtəlif nominasiyalar üzrə uğurlar qazanıblar.

Bu proqramın sosial əhəmiyyəti insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, insanların işlə təmin olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR