Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 15% artıb
# 22 noyabr 2013 07:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 1,134 mlrd. manat təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur.

Bu ilin 10 ayında gömrük orqanlarının xətti ilə 243,956 mln. manatı gömrük rüsumları, 807,784 mln. manatı ƏDV, 68,032 mln. manatı aksizlər və 14,654 mln. manatı yol vergisi üzrə toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR