Paytaxtda yaşayış evində yanğın olub - FOTOSESSİYA

Paytaxtda yaşayış evində yanğın olub - <span style="color: red;">FOTOSESSİYA
# 05 fevral 2014 00:24 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakının Yasamal rayonunda yaşayış evində yanğın hadisəsi baş verib. APA -nın məlumatına görə, hadisə Xıdır Mustafayev küçəsində Arzu Əsgərova məxsus həyət evində qeydə alınıb. Hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin Yasamal rayon hissəsinin iki yanğınsöndürmə briqadası cəlb edilib. Yanğınsöndürənlər alovun yayılmasına imkan verməyiblər və yanğın söndürülüb.

Ev sahibinin APA-ya verdiyi məlumata görə, yanğının baş verdiyi ikinci mərtəbədə son bir həftə ərzində yaşayış olmayıb. Orada bir həftə əvvələ qədər kirayənişinlər yaşayıblar. Arzu Əsgərovun bildirdiyinə görə, otaqda qazla işləyən cihazların hamısı sönülü vəziyyətdə olub. Ev sahibi yanğına qısaqapanmanın səbəb olduğunu düşünür.

"Azəriqaz" İstehsalat Birliyinin Yasamal Qaz İstismar Sahəsinin əməkdaşları da hadisə yerinə baxış keçiriblər. Onlar da yanğının qazdan baş verdiyini istisna edirlər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR