Gəncə şəhər sakini bıçaqlanıb

Gəncə şəhər sakini bıçaqlanıb
# 04 fevral 2014 07:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə bıçaqlanma olub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1989-cu il təvəllüdlü Rövşən Qasımov döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Təcili əməliyyat edilən 25 yaşlı gəncin vəziyyətinin orta-ağır olduğu bildirilir. Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, R. Qasımovu şəxsi münasibətlər zəminində onunla mübahisə edən şəhər sakini, 1986-cı il təvəllüdlü Fəxri Qurbanov bıçaqlayıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR