DAK sədri: “Rusiyada baş verən son hadisələrin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır”

DAK sədri: “Rusiyada baş verən son hadisələrin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır”
# 17 oktyabr 2013 14:29 (UTC +04:00)

Bakı – APA. Dünya Azərbaycanlıları Konqresinin sədri Sabir Rüstəmxanlı bəyanatla çıxış edib. DAK-dan APA-ya verilən xəbərə görə, bəyanatda deyilir ki, Moskvada və bütövlüklə Rusiyada azərbaycanlılara qarşı zaman-zaman davam etmiş və bu günlərdə yenidən start götürmüş kütləvi təzyiq əslində baş vermiş bir cinayət hadisəsinin adekvat cavabı deyil: “Çünki min illərdən gələn bir kəlam var: cinayətkarın vətəni olmur. Şəxsi zəmində belə cinayətlər hər gün dünyanın hər yerində baş verir. Bunu bütövlükdə ayrı-ayrı millətlərə qarşı çevirmək, bundan istifadə edərək hər hansı bir xalqın vəhşi obrazını yaratmaq, milli dözümsüzlük nümayiş etdirmək, günahsız insanları təhqir etmək, aşağılamaq yolverilməz haldır. İnsan haqları, beynəlxalq hüquq və Azərbaycanla Rusiya arasındakı ənənəvi dostluq münasibətləri baxımından yanaşanda da Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı bu görünməmiş aqressivliyi qətiyyətlə pislənilməlidir. Heç bir cinayətə, hətta terrora və ya terrorçu təşkilata görə də bütöv xalq günahlandırılmır, cinayətkarın cəzasını günahsızlar çəkmirlər”.

DAK hesab edir ki, Rusiyada baş verən son hadisələr bir təxribatdır və bu hadisənin arxasında Azərbaycana siyasi təzyiq niyyətləri dayanır: “Bu və buna bənzər olaylar Azərbaycan və rus xalqları arasındakı çoxəsrlik xoş münasibətlərə təsir göstərməməlidir. Biz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı öz milli, insani ləyaqətlərini, millətimizin adını qorumaqla yanaşı, yaşadıqları ölkələrin hüquq sistemlərini öyrənməyə, bu sistemlər çərçivəsində hərəkət eləməyə, təxribatlara uymamağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR