Azərbaycanın xarici ticarət dövriyyəsi 4% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 4% artıb
# 05 dekabr 2013 07:00 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın rezidentləri 147 ölkənin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 101 ölkəyə əmtəə ixrac olunub, 138 ölkədən idxal olunub. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Xarici ticarət dövriyyəsi iştirakçılarının 29-u Amerika, 49-u Avropa, 38-i Asiya və s. ölkələridir.


Bu ilin 10 ayı ərzində xarici ticarət dövriyyəsi 36,2 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,3% çoxdur. Dövriyyənin 27,3 mlrd. dolları ixracın, 8,9 mlrd. dolları idxalın payına düşüb, nəticədə 18,4 mlrd. dollarlıq müsbət saldo yaranıb.


Ticarət əlaqələrinin 11,6%-i MDB, 43,1%-i Avropa Birliyi, qalan 45,3%-i isə digər ölkələrlə qurulub.


İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,5% artaraq 1,4 mlrd. dollar təşkil edib.


Adambaşına düşən qeyri-neft məhsullarının ixracı 11,8 dollar və ya 8,3% artaraq 153,5 dollara bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR