Gəncə şəhər sakini alkoqoldan zəhərlənib

Gəncə şəhər sakini alkoqoldan zəhərlənib
# 04 noyabr 2013 10:57 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 34 yaşlı şəhər sakini Rəşad Şərifov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində R.Şərifovun həyatını xilas etmək mümkün olub.

Araşdırma zamanı məlum olub ki, Şərifov yaşadığı evdə yeməklə alkoqollu içki qəbul edib və ondan sonra özünü pis hiss edib. Hazırda onun səhhətinin normal olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR