ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinə dair qarşılıqlı anlaşma memorandumu ilin sonunadək imzalanacaq

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisinə dair qarşılıqlı anlaşma memorandumu ilin sonunadək imzalanacaq
# 06 dekabr 2013 03:20 (UTC +04:00)

Kiyev. Viktoriya Dementyeva – APA. Azərbaycan və ATƏT təşkilatın Bakıdakı layihə əlaqələndiricisinə dair qarşılıqlı anlaşma memorandumu ilə bağlı danışıqları yekunlaşdırmaq üzrədir. Memorandum cari ilin sonunadək imzalanacaq. APA-nın məlumatına görə, bu barədə dekabrın 5-də Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov bildirib.

“Biz danışıqları yekunlaşdırmaq üzrəyik və bu ayın sonunadək, Ukraynanın sədrliyi çərçivəsində, yəni yanvarda ATƏT-də sədrik İsveçrəyə keçənədək, memorandumu imzalamağı planlaşdırırıq”, deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, bu məsələ həmçinin ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində ATƏT-in baş katibi Lamberto Zanyer ilə keçirilmiş görüşdə də müzakirə olunub: “Biz artıq, demək olar ki, bütün məsələləri razılaşdırmışıq. Maliyyə detalları da daxil olaraq texniki xarakterli bir-iki detal razılaşdırmamış qalıb”.

Qeyd edək ki, 2014-cü il yanvarın 1-dən ATƏT-in Bakı ofisi layihə əlaqələndiricisi statusunda fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR