Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir

Azərbaycanda 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir
# 27 iyun 2014 10:12 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında deyib.

Hazırda ölkədə 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərdiyini qeyd edən şöbə müdiri bu qurumların gənclərin milli-mənəvi, mədəni və ictimai-siyasi sahədə təşkilatlanması baxımından bazis rolunu oynadığını vurğulayıb: “Tam məsuliyyətlə demək olar ki, gənclər təşkilatlarımızın resursları, reallaşdırdıqları layihə və proqramlar, həyata keçirdikləri tədbirlər xeyli təkmilləşib və inkişaf edib. Onlar ölkənin ictimai həyatında yaxından iştirak etməklə yanaşı, dövlətin müxtəlif sahələrdə həyata keçirdikləri siyasətə könüllü dəstək verirlər. Bu baxımdan mən Azərbaycandakı gənclər təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR