FHN Bakıda təhsil kompleksinin ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayıb - YENİLƏNİB 1 - FOTOSESSİYA - VİDEO

FHN Bakıda təhsil kompleksinin ərazisində yanğın baş verməsi ilə bağlı məlumat yayıb - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 may 2014 14:21 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda hazırda tikintisi başa çatmamış, ümumi sahəsi 3000 kv.m olan idman zalının xarici divarlarına vurulmuş plastik divar üzlüyü 1020 kv.m, 1 otağın yanar konstruksiyaları və içərisində olan idman ləvazimatları 23 kv.m sahədə yanıb.

İdman zalının qalan hissəsi və ona bitişik ümumi sahəsi 7000 kv.m olan tədris binası yanğından mühafizə olunub. Yanğın saat 14:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

saat 14.26

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakının Bibiheybət qəsəbəsində yanğın Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətindəki məişət tullantılarının yığıldığı ərazidə baş verib”.


Bunu “APA-Economics”ə açıqlamasında ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, təhsil kompleksinin binasında yanğın hadisəsi qeydə alınmayıb: “Orada yanan fəhlələr tərəfindən atılan məişət və tikinti materiallarının tullantılarıdır. Orada tikinti işləri aparılır. Sadəcə güclü külək olduğundan haradansa qığılcım düşüb, bu isə tullantıların yanmasına səbəb olub”.

N. Quliyev deyib ki, ətrafdan müşahidə olunan yanan zibilliyin tüstüsüdür: “Bu isə uzaqda baxanda binanın yanması kimi görünür”.

ARDNŞ rəsmisi bildirib ki, bununla belə, təhsil kompleksində təhsil alan bütün şagirdlər evakuasiya edilib: “Heç bir şagird xəsarət almayıb”.

***

Saat 13.54

Bakı. Fuad Cəfərov - APA. Bakıda uşaq bağçası yanır.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın Bibiheybət məscidinin yaxınlığında fəaliyyət göstərməyən uşaq bağçasında qeydə alınıb.

Yanğın bağçanın alkapondan olan üzlük hissəsində qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin dörd yanğınsöndürən avtomobili və canlı qüvvəsi alovun söndürülməsi istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR