Azərbaycanda sanitariya normalarını pozan 19 obyektin istismarı dayandırılıb

Azərbaycanda sanitariya normalarını pozan 19 obyektin istismarı dayandırılıb
# 17 oktyabr 2013 11:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ilin sentyabr ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 86 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 19 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 8 iş istintaq orqanına verilib, 23 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu ilin sentyabr ayı ərzində şadlıq evlərindən 2692 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 53 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Götürülən 26 soyuq qəlyanaltı nümunəsinin heç birində isə çirklənmə aşkar olunmayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR