Səbail rayonunda 56 yaşlı kişi bıçaqlanıb

Səbail rayonunda 56 yaşlı kişi bıçaqlanıb
# 28 aprel 2014 16:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda 56 yaşlı kişi bıçaqlanıb.

Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zərifə Əliyeva küçəsi 29-un qarşısında qeydə alınıb.

Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Fərhad İzzət oğlu Mirzəzadə naməlum şəxs tərəfindən bıçaqlanıb.

F. Mirzəzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR