XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində əlavə dərslərin tədrisinə başlanılıb

XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində əlavə dərslərin tədrisinə başlanılıb
# 14 fevral 2014 14:12 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Heydər Əliyev mərkəzlərində “Müstəqil Azərbaycan tarixi” mövzusunda əlavə dərslərin tədris olunmasına başlanılıb.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, 2014-cü ilin fevral-may aylarında tədris olunacaq dərslərin əsas məqsədi şagirdlərə müasir Azərbaycan tarixi haqqında daha dolğun və əhatəli məlumatların verilməsindən ibarətdir.

Müvafiq istiqamətdə təlimin keyfiyyətinin yüksəldilməsi və məktəblilərin potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edən dərslər, eyni zamanda, şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına və yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət edir.

Heydər Əliyev mərkəzlərində keçirilən dərsləri tədris edəcək müəllimlər, dərslərin mövzuları və qrafiki əvvəlcədən müəyyənləşdirilib. Həmçinin, müəllimlərə kömək məqsədilə müvafiq tezislər və tövsiyələr hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR