Azərbaycan Dövlət Musiqili Teatrı Qubada qastrol səfərindədir

Azərbaycan Dövlət Musiqili Teatrı Qubada qastrol səfərindədir
# 12 iyun 2014 16:15 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Azərbaycan Dövlət Musiqili Teatrı bölgələrə qastrol səfərlərini davam etdirir.

APA-nın şimal bürosunun xəbərinə görə, teatrın kollektivi iyunun 11-də Quba rayonunda Bəşir Səfəroğlu adına Mədəniyyət Evinin səhnəsində “Hərənin öz ulduzu” tamaşası ilə çıxış edib.

Tamaşada əsas rolları respublikanın xalq artisti Fatma Mahmudova, əməkdar artist Novruz Əliyev, aktyorlardan Gülcahan Salamova, Möylə Mirzəyev, Elçin İmanov, Elxan İsmayılov, Rəsmiyyə Nurməmmədova və Nigar Qarayeva ifa ediblər.

Tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru Nazim Hacıəlibəyovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR