Azərbaycanın 2012-ci il dövlət büdcəsinin kəsiri proqnozdan 4,7 dəfə az olub

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin kəsiri proqnozdan 4,7 dəfə az olub
# 24 may 2013 08:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın 2012-ci il dövlət büdcəsinin faktiki kəsiri proqnozlaşdırılandan 4,7 dəfə az olub. «APA-Economics»in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, 2012-ci ilin dövlət büdcəsi 634 mln. manat kəsirlə təsdiq edilsə də, gəlirlər proqnozunun artıqlaması ilə icra edilməsi və xərclərdə qənaətin əldə edilməsi nəticəsində büdcə kəsirinin maliyyələşməsi mənbələrindən tam istifadə edilməsi zərurəti yaranmayıb. Bununla əlaqədar olaraq faktiki olaraq büdcə kəsiri 135 mln. manat təşkil edib. Nəticədə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0,3%-i həcmində olub ki, bu da proqnozdan 1,1 faiz bəndi azdır.

Maliyyə naziri əlavə edib ki, 2012-ci il dekabrın 31-i vəziyyətinə dövlət büdcəsinin vahid xəzinə hesabında 465 mln. manat qalıq vəsait mövcud olub və həmin vəsaitin 2013-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin örtülməsinə yönəldilməsi təklif olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR