YAP: Ukrayna avrointeqrasiyaya yaxşı başlamışdı, amma İsa Qəmbər ora qoşuldusa, nəticə iflas olacaq

YAP: Ukrayna avrointeqrasiyaya yaxşı başlamışdı, amma İsa Qəmbər ora qoşuldusa, nəticə iflas olacaq
# 16 dekabr 2013 15:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. “Müsavat Partiyasının sədri İsa Qəmbər nəinki Azərbaycan xalqının, ya da sıravi bir azərbaycanlının, heç öz partiyasının adından da gedib hansısa ölkədə bəyanat verə, yaxud hansısa xalqa dəstək nümayiş etdirə bilməz. Onun buna səlahiyyəti yoxdur”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov qeyd edib ki, Müsavat Partiyası da İ. Qəmbərə partiya adından Maydanda bəyanatlar vermək, müxalifətə dəstək olmaq səlahiyyəti verməyib: “O, ancaq öz adından danışa bilər. Azərbaycan xalqı adından, Azərbaycan vətəndaşı adından yalnız xalqın seçilmiş nümayəndəsi danışa və ya bəyanat verə bilər”.

YAP funksioneri İ. Qəmbərin Ukraynada bundan əvvəl baş verən narıncı inqilabdakı iştirakını da xatırladıb: “İsa Qəmbər o vaxt boynuna narıncı şərf bağlayıb orada çıxışlar edirdi. Amma o inqilabın da nəticəsi hamıya məlumdur, narıncı inqilabın necə iflasa uğradığını hər kəs gördü. Ümumiyyətlə, İsa Qəmbər hansı işə qoşulursa, o iş iflasa uğrayır. Ukrayna avrointeqrasiyaya yaxşı başlamışdı, amma İsa Qəmbər ora qoşuldusa, nəticə iflas olacaq. Ukraynalıların gözəl arzuları puça çıxacaq, çünki İsa Qəmbər gedib onların işinə qarışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR