Çimərliklərdə araşdırmalara start verib

Çimərliklərdə araşdırmalara start verib
# 26 may 2014 12:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Abşeron yarımadasında yerləşən çimərliklərdə araşdırmalara start verib”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

O bildirib ki, çimərlik mövsümünün yaxınlaşması ilə əlaqədar artıq bir həftəyə yaxındır ki yoxlamalar başlayıb: “Qaradağ və Səbail rayonları ərazisində yerləşən çimərliklərdə yoxlamalar başa çatıb. Hazırda Pirallahı və Suraxanı rayonları ərazisində yerləşən çimərliklərdə monitorinq aparılır”.

Z. Kazımovun qeyd edib ki, dəniz suyu nümunələri bakterioloji və digər göstəricilərə uyğunluq baxımından tədqiq edilir və çimərliklərdəki sanitar vəziyyət yoxlanılır: “Hələ ki, monitorinqimiz davam edir. Yoxlamalar tam bitdikdən sonra nəticələrlə bağlı məlumat veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR