Azərbaycanla Asiya İnkişaf Bankı arasında məsləhətləşmələr olub - FOTO

Azərbaycanla Asiya İnkişaf Bankı arasında məsləhətləşmələr olub - <span style="color: red;">FOTO
# 09 iyun 2014 11:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycanla AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin bankla birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.

V. Janq bildirib ki, regional layihələrin icrası ilə tanış olmaq üçün Gəncə şəhərində və Göyçay rayonunda səfərdə olub. O, paytaxtda olduğu kimi respublikanın bölgələrində də inkişaf və tərəqqi müşahidə etdiyini deyib.

Görüşdə 2015-ci ildə Bakıda keçiriləcək AİB-nin Rəhbərlər Şurasının illik toplantısına hazırlıq barədə də fikir mübadiləsi aparılıb.

S. Şərifov illik iclasın təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən görülən işlər bərədə məlumat verib. O qeyd edib ki, hazırlıq işləri qrafikə uyğun, yüksək səviyyədə aparılır.

V. Janq isə öz növbəsində bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib. O, Bakının AİB Rəhbərlər Şurasının illik iclasına layiqincə ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR