ABŞ-da təyyarə təcili eniş edib

ABŞ-da təyyarə təcili eniş edib
# 14 may 2014 21:36 (UTC +04:00)

Bakı – APA. Göyərtəsində 145 sərnişin olduğu ABŞ-ın "US Airways" hava şirkətinə məxsus təyyarə Oklahoma ştatında təcili eniş edib.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Talsa şəhər hava limanının rəsmisi Aleksis Hiqqins bildirib.

Onun sözlərinə görə, uçuş zamanı pilotların kabinəsində elektron avadanlıq sıradan çıxıb. İlkin məlumatlara görə, sərnişinlər və uçuş heyəti xəsarət almayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR