Qubada avtobus 4 avtomobillə toqquşub - FOTOSESSİYA - VİDEO

Qubada avtobus 4 avtomobillə toqquşub - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 07:38 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Quba rayonu ərazisində zəncirvari yol qəzası baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Bakir Ələkbərovun idarə etdiyi sərnişin avtobusu Qubadan Bakı istiqamətində hərəkətdə olarkən qarşısına “VAZ 21 07” markalı avtomobil çıxıb. Sürücü qəzadan yayınmaq istəyərkən avtobus sürüşərək yoldan çıxıb, daha sonra isə “Mersedes”, “Nissan”, “Toyota Prado” və “Niva” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobillərə və yol kənarındakı sürahilərə ciddi ziyan dəyib.

Sərnişin avtobusu Rastovdan Bakıya doğru hərəkət edirmiş. Avtobusun içərisində 5 sərnişin olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR