Azərbaycanda bankların məcmu kapitalı 27% artıb

Azərbaycanda bankların məcmu kapitalı 27% artıb
# 08 may 2013 09:53 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2013-cü ilin martın 1-nə 2 646,9 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin martın 1-nə nisbətən 560,1 mln. manat və ya 26,8% çoxdur.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının məlumatında bildirilir.

Bu ilin yanvar-fevral aylarında məcmu kapitalın həcmi 73,9 mln. manat və ya 2,9% artıb.

Qeyd edək ki, bankların məcmu kapitalının artması ilk növbədə nizamnamə kapitallarının artırılması nəticəsində baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR