MDB ölkələrinin məhkəmələri birgə elektron sistemin yaradılması ilə bağlı razılığa gəlib

MDB ölkələrinin məhkəmələri birgə elektron sistemin yaradılması ilə bağlı razılığa gəlib
# 28 avqust 2013 12:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. MDB ali məhkəmələrinin sədrləri xaricdə sahibkarlara mübahisələri həll etməkdə kömək edəcək birgə elektron sistemin yaradılmasına dair razılığa gəlib. Belə ki, tərəflərin video-konfrans rabitəsindən istifadə etmək və hüquqi yardımın göstərilməsi üçün sorğuları elektron şəklində göndərmək imkanı olacaq.

«APA-Economics»in məlumatına görə, bu qərar Kiyevdə keçirilən ali arbitraj, təsərrüfat, iqtisadi və iqtisadi mübahisələr üzrə digər məhkəmələrin Sədrlər Şurasının X iclasında qəbul edilib.

İclas iştirakçıları digər məsələlərlə yanaşı, ədliyyə sisteminə kömək edəcək müasir texnologiyaların tətbiqinə də xüsusi diqqət yetiriblər.

İştirakçıların fikrincə, informasiya bəşəriyyətin qlobal resursuna çevrilib və bunun nəticəsində informasiya texnologiyaları və telekommunikasiya vasitələri müasir həyatın ayrılmaz hissəsi və bütün fəaliyyət sahələrində, o cümlədən məhkəmə sistemində mütəxəssislərin mütləq aləti olub. Bu baxımdan iclas iştirakçıları elektron texnologiyaların keyfiyyətli və operativ ədliyyənin həyata keçirilməsi üçün əsas vasitə olması barədə qənaətə gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR