Ukraynada baş vermiş toqquşmalarda daxili qoşunların 57 hərbçisi xəsarət alıb

Ukraynada baş vermiş toqquşmalarda daxili qoşunların 57 hərbçisi xəsarət alıb
# 21 yanvar 2014 21:11 (UTC +04:00)

Bakı-APA. Ukraynanın paytaxtı Kiyevdə yanvarın 19-da radikallarla baş vermiş toqquşmalarda DİN-in Daxili Qoşunlarının 57 hərbçisi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc olunmuş məlumatda bildirilir.

“Kiyevin Qruşevski küçəsində baş vermiş toqquşmalar nəticəsində Ukrayna DİN-in Daxili Qoşunlarının 57 əməkdaşı xəsarət alıb. Hərbçilərə qapalı kəllə-beyin, beyin silkələnməsi, ətrafların zədələnməsi, yanıq xəsarətləri və s. orta dərəcəli bədən xəsarətləri yetirilib”, deyə məlumatda deyilir. Məlumata görə, xəsarət alan hərbçilər hospitala yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR