“Airbus Defence and Space” şirkəti Azərbaycanın ikinci peykini yaratmaq istəyir

“Airbus Defence and Space” şirkəti Azərbaycanın ikinci peykini yaratmaq istəyir
# 01 fevral 2014 10:18 (UTC +04:00)

Bu barədə “APA-Economics”ə şirkətin Yerüstü müşahidə naviqasiyası və elm üzrə İxracat direktoru Gi Limuzen məlumat verib.

Onun sözlərinə görə, “Azərkosmos”la sıx əməkdaşlıq edən şirkət ölkə üçün ikinci peykin inşası və kosmik sənaye işçilərinə təlim keçirilməsi üzrə tenderdə iştirak etməyi planlaşdırır: “Şirkətimiz artıq müxtəlif ölkələr üçün 100 mütəxəssis hazırlayıb və bütün zəruri təcrübəyə, avadanlıqlara malikdir. Ötən il “Airbus Defence and Space” peyklərin yaradılması üzrə dünyada birinci yeri tutub”.

Qeyd edək ki, ötən ilin fevralında Azərbaycan ilk peykini orbitə buraxıb və yaxın illərdə daha iki peyk buraxmaq niyyətində olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR