Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 19 noyabr 2013 06:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,81 dollar və ya 0,9% azalaraq 1 barelə görə 93,03 dollar təşkil edib.


«APA-Economics»in məlumatına görə, noyabrın 18-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,03 dollar və ya 0,03% azalaraq 108,47 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR