Azərbaycan MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb: Ölkə üzrə 72,31 faiz seçici səs verib

Azərbaycan MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb: Ölkə üzrə 72,31 faiz seçici səs verib
# 09 oktyabr 2013 17:36 (UTC +04:00)

APA-nın məlumatına görə, MSK sədri Katibliyinin “Seçkilər” İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov bildirib ki, yekun məlumata görə, seçicilərin 3 720 643 nəfəri səsvermədə iştirak edib.

Ölkə üzrə ümumi seçici fəallığı isə 72,31 faiz təşkil edib.

Ən yüksək aktivlik 83 faizlə 1 saylı Şərur-Sədərək Seçki Dairəsində, ən aşağı isə 61,16 faizlə 15 saylı Yasamal I Seçki Dairəsində qeydə alınıb.

Paytaxt üzrə ən yüksək fəallıq isə 80,02 faizlə 10 saylı Binəqədi II Seçki Dairəsində müşahidə olunub.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərir. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR