İranda 45 nəfər prezidentliyə iddiasını rəsmiləşdirib

İranda 45 nəfər prezidentliyə iddiasını rəsmiləşdirib
# 07 may 2013 16:27 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, onlardan 40 nəfəri tanınmamış, 5 nəfəri isə nüfuzlu şəxsdir. Namizədlər arasında İran Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Həsən Ruhani, İran Mərdomsalari (Demokrat) Partiyasının baş katibi, keçmiş islahatçı millət vəkili Mustafa Kəvakabian, sabiq səhiyyə naziri Kamran Bağıri Lənkərani, keçmiş yollar və şəhərsalma naziri Məhəmmədrza Səidikiya və sabiq vitse-prezident Sadıq Vaəzzadədir.

Qeyd edək ki, bu gün İranda iyunun 14-də keçiriləcək XI prezident seçkilərinə namizədlərin rəsmi qeydiyyat alma mərhələsi başlayıb. Proses mayın 11-dək davam edəcək. Mayın 12-16-da İran Konstitusiyasına Nəzarət Şurası (Şura-ye Negahban) həmin namizədlərin səlahiyyətinə baxacaq və kimin prezident seçkilərinə buraxılması və ya namizədliyinə xitam verilməsi barədə qərar çıxaracaq. Bundan sonra hansısa bir səbəbdən səlahiyyətinə xitam verilmiş prezidentliyə namizəd 16-23 may tarixində Şuranın qərarından şikayət edə bilər. Mayın 23-24-də isə İran Daxili İşlər Nazirliyi prezident seçkilərinə qatılacaq namizədlərin adlarını açıqlayacaq. Mayın 24-dən iyunun 12-dək təbliğat kampaniyası keçiriləcək. İran Daxili İşlər Nazirliyi qeydiyyata alma mərhələsi və digər seçki işləri üçün ölkə daxilində 67 min seçki bürosunun fəaliyyət göstərəcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR