Azərbaycanın 4 rayonunun daha 5 kəndinə qaz verilib

Azərbaycanın 4 rayonunun daha 5 kəndinə qaz verilib
# 07 oktyabr 2013 13:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi bu gün Yardımlı, Ağdaş, İmişli və Lənkəran rayonlarının daha 5 kəndinə təbii qaz verib.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, Yardımlı rayonunun Qabaqdibi kəndinə ilk dəfə olaraq təbii qaz verilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd edilib ki, kəndin təbii qazla təchiz edilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 14 km olan müxtəlif diametrli polad borulardan istifadə edilib, 178 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran rayonunun Viravul kəndinə təbii qazın verilişi bərpa edilib. Bu münasibətlə keçirilmiş tədbirdə bildirilib ki, 861 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 16,5 km uzunluğunda polietilen və 20,2 km uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 861 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün, İmişli rayonunun Rəsullu kəndinə ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə keçirilmiş mərasimdə qeyd edilib ki, 263 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18,3 km olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 263 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağdaş rayonunun Güvəkənd və Əmirarx kəndlərinə təbii qaz verilşinin bərpa olunması münasibəti ilə keçirilmiş tədbirdə isə bildirilib ki, ümumilikdə 448 abonenti olan kəndlərin qazlaşdırılması üçün ikipilləli sistem əsasında 28,5 km uzunluğunda polad borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 448 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR