Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib - FOTO - VİDEO

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabadda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 noyabr 2013 12:00 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baş tutan qəbulda Cəlilabadla yanaşı, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının sakinləri, eləcə də həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Qəbulda fövqəladə hallar zamanı ev və obyektlərinə ziyan dəyən sakinlərin təmir və kompensasiya ilə bağlı problemləri dinlənilib.

FHN-in müvafiq strukturlarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların nazirə müraciətlərində işə qəbul, qəzalı evlərin təmirinə köməklik kimi məsələlər üstünlük təşkil edib. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 56 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 99, digər məsələlərlə bağlı müraciət etmiş 71 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR