İranda futbol matçı zamanı saxlanılan azərbaycanlı fəallar və azarkeşlər azadlığa buraxılıblar

İranda futbol matçı zamanı saxlanılan azərbaycanlı fəallar və azarkeşlər azadlığa buraxılıblar
# 14 sentyabr 2013 11:58 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda futbol qarşılaşması zamanı saxlanılmış 2 azərbaycanlı fəal və digər azarkeşlər bu gün səhər saatlarında azadlığa buraxılıblar. APA-nın “Oyannews”a istinadən məlumatına görə, Təbriz şəhərinin sakinləri olan Fərzad (Altay) Məhdəvi və Hüseyn Əliməhəmmədi, eyni zamanda azərbaycanlı azarkeşlər zəmanətlə sərbəst qalıblar.

Qeyd edək ki, hadisə sentyabrın 12-də Təbriz şəhərinin “Səhənd” stadionunda yerli “Traktor” futbol komandası ilə Ənzəli şəhərinin “Mələvan” komandası arasında keçirilən oyun zamanı baş verib. Belə ki, azərbaycanlı azarkeşlərin milli-mədəni hüquqlarını tələb edən şüarlar səsləndirməsi İran polisinin müdaxiləsinə səbəb olub. Nəticədə tərəflər arasında qarşıdurma yaranıb. İran polisi “Traktor” komandasının azarkeşlərinə, azərbaycanlı fəallara hücum edərək onları rezin dəyənəklərlə döyüb və stadiondan uzaqlaşdırıblar. Qarşıdurma zamanı ikisi tanınmış azərbaycanlı fəal F. Məhdəvi və H. Əliməhəmmədi də daxil olmaqla 20 nəfər azarkeş həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR