Avropa Parlamentinin deputatları həbsdə olan Gürcüstanın sabiq baş naziri Vano Merabişvili ilə görüşüb

Avropa Parlamentinin deputatları həbsdə olan Gürcüstanın sabiq baş naziri Vano Merabişvili ilə görüşüb
# 24 sentyabr 2013 21:35 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda səfərdə olan Avropa Parlamentinin deputatları Tiflisdəki Matrosov həbsxanasında Gürcüstanın sabiq baş naziri, Vahid Milli Hərəkat partiyasının baş katibi Vano Merabişvili ilə görüşüblər. APA-nın Gürcüstan bürosunun gürcü mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Xalq Partiyasının nümayəndələri məhbusa baş çəkiblər. Onlar mətbuata heç bir açıqlama verməyiblər. Məlumata görə, parlamentarilər 9 saylı cəzaçəkmə müəssisəsinə daxil olarkən polietilen torbalarda meyvə və tərəvəz aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR