YAP: Əli Əhmədovun icra katibi vəzifəsində qalıb-qalmayacağına partiyanın sədri qərar verir

YAP: Əli Əhmədovun icra katibi vəzifəsində qalıb-qalmayacağına partiyanın sədri qərar verir
# 23 oktyabr 2013 11:54 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiyanın Nizamnaməsində digər partiya vəzifələrindən fərqli olaraq bununla bağlı konkret müddəa yoxdur: “Ona görə də Əli müəllimin hökumətdə vəzifə tutması ilə əlaqədar olaraq icra katibi vəzifəsində qalıb-qalmayacağı məsələsinə YAP sədri baxıb, qərar verir. Hər şey onun qərarından asılıdır”.

S. Novruzov onu da əlavə edib ki, bu gün Nazirlər Kabinetində görüş keçiriləcək və orada müavinlər arasında sahə bölgüsü aparılacaq: “Orada Əli Əhmədovun hansı sahə üzrə fəaliyyət göstərəcəyi məlum olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR