Bakıda ABŞ təhsil sərgisi keçirilir

Bakıda ABŞ təhsil sərgisi keçirilir
# 11 may 2013 12:14 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Bakıda “Alumni Fair” adlı ABŞ universitetlərinin təhsil sərgisinin açılışı olub. APA-nın məlumatına görə, sərgi ABŞ-ın Azərbaycandakı səfirliyinin və Bakı Təhsil Məlumat Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Sərgidə 25-dən çox universitet və digər ödənişsiz təhsil proqramları təmsil olunur. Amerikada təhsil almağa maraq göstərən bütün şəxsləri bu universitetlərdə təhsil imkanları haqqında lazımı məlumatlar ala bilərlər. ABŞ universitetlərinin azərbaycanlı və əcnəbi məzunları azərbaycanlı tələbələr, şagirdlər və valideynləri maraqlandıran suallara cavab verəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR