Azərbaycan xarici işlər nazirinin müavini Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda çıxış edib - FOTO - VİDEO

Azərbaycan xarici işlər nazirinin müavini Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda çıxış edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2013 10:19 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Xəzər - Avropa İnteqrasiya İşgüzar Klubunda çıxış edib. APA-nın xəbərinə görə, nazirin müavini iştirakçılara Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün aparılan danışıqlar haqda məlumat verib: “Bir gün gələcək, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olacaq. Bu məsələyə ciddi yanaşmaq lazımdır ki, buna hazır olaq”.

Nazir müavini Azərbaycanın təşkilata üzv olmaq üçün 1997-ci ildə müraciət etdiyini, 1999-cu ildə danışıqlar aparmaq üçün işçi qrupunun yaradıldığını xatırladıb. O, hazırda Azərbaycanın ÜTT-yə üzv olması üçün 4 istiqamət üzrə danışıqlar aparıldığını söyləyib. Birinci istiqamət - işçi qrupunun iclaslarının keçirilməsidir. İndiyə kimi 10 iclas keçirilib. Danışıqlarda Azərbaycanda mövcud xarici ticarət rejimi əsas müzakirə mövzularıdır. İkinci istiqamət kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar, 3-cü istiqamət isə Azərbaycan qanunvericiliyinin ÜTT-nin prinsiplərinə uyğunlaşdırılmasıdır. M. Məmmədquliyevin sözlərinə görə, bu məsələdə iki vacib sənəd var ki, bunlardan biri (rəqabət haqqında) hazırda Milli Məclisdə müzakirə olunur. Digər sənəd isə texniki tənzimləmə sənədidir.

Dördüncü istiqamət ikitərəfli danışıqlardır. Azərbaycan ÜTT üzvü olmaq üçün 10-dan çox ölkə ilə danışıqlar aparır, o cümlədən ABŞ, AB, Honduras və digər dövlətlərlə.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR