Oktyabrda Bakı-Tbilisi-Ceyhan kəməri üzrə neftin nəqli artıb

Oktyabrda Bakı-Tbilisi-Ceyhan kəməri üzrə neftin nəqli artıb
# 07 noyabr 2013 15:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu ilin oktyabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 393 605 ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin məlumatında deyilir. Bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 10,6% çoxdur.

Bu ilin yanvar-oktyabr aylarında bu kəmərlə 24 940 693 ton neft ötürülüb ki, bu da illik müqayisədə 0,6% azdır. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2013-cü il noyabr ayının 1-ə qədər BTC-yə 230 392 507 ton neft vurulub.


Bundan başqa, bu ilin oktyabr ayında BTC kəməri ilə 90 342 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR