“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir
# 10 avqust 2013 10:43 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, layihə payız sessiyasının iş planına salınacaq.

Layihənin ötən payız sessiyasında təxirə düşməsinə səbəb kimi Müdafiə Nazirliyinin (MN) rəy verməməsi göstərilirdi. Yaz sessiyasında isə MN-dən rəy gözləmədən sənəd parlamentin gündəliyinə salınsa da, növbəti dəfə təxirə düşdü.

Qanunun müzakirəsinin təxirə salınmasına səbəb kimi yenidən işlənmiş sənəddə bəzi açıq qalmış məsələlərin hələ da razılaşdırılmaması göstərilirdi. Artıq həmin məsələlər ətrafında razılığa gəlindiyi və payız sessiyasında qanun layihəsinin müzakirəyə çıxarılacağı bildirilir.

“Hərbi qulluqçuların statusu haqqında” qanunda hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi və mənzil təminatı məsələsi əksini tapıb. Digər güzəştlərlə yanaşı, hərbi qulluqçulara dövlət qulluqçusu statusunun verilməsi də təkliflər arasındadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR