Yasamalda yanğın olub

Yasamalda yanğın olub
# 24 may 2014 19:54 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına əsasən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan üçotaqlı mənzildə baş verib. Nəticədə 2 otağın və dəhlizin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR