Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış İşçi qrupunun yeni sədri seçiləcək

Azərbaycanda dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış İşçi qrupunun yeni sədri seçiləcək
# 02 aprel 2014 13:44 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupunun yeni sədri seçiləcək.

İşçi qrup sədrinin müavini, Azərbaycan Milli Elmlər Akademiyasının İctimai və humanitar elmlər bölməsinin əməkdaşı Həbib Zərbəliyev APA-ya açıqlamasında bildirib ki, əvvəllər bu vəzifəni AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi olmuş Kamal Abdulla icra edib.

Onun sözlərinə görə, ölkə prezidenti tərəfindən Kamal Abdullanın Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni dövlət müşaviri vəzifəsinə təyin edilməsindən sonra Rəyasət Heyətinin qərarı ilə o, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsindən azad edilib: “Rəyasət Heyətinin qərarı ilə Kamal Abdullanı vəzifəsi akademiyanın müxbir üzü Teymur Kərimli tapşırılıb. Hələlik “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı yaradılmış İşçi qrupuna sədrlik də boşdur. İşçi Qrupa bundan sonra Teymur Kərimlinin sədrlik edəcəyi gözlənilir. Akademiyanın prezidenti yəqin ki, işləri ona həvalə edəcək. Bu günlərdə məsələ öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR