Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq

Azərbaycan ərazisində yağış yağacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq
# 29 noyabr 2013 09:25 (UTC +04:00)

Gündüz şimal-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 30-da havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR