Sabunçu rayonundakı 311 saylı orta məktəbdə təhsil alan şagirdlərin valideynləri etiraz aksiyası keçirib - FOTOSESSİYA

Sabunçu rayonundakı 311 saylı orta məktəbdə təhsil alan şagirdlərin valideynləri etiraz aksiyası keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 15 may 2013 11:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov, Kəmalə Quliyeva - APA. Bakıda piket keçirilib. APA-nın məlumata görə Sabunçu rayonunda 311 saylı orta məktəbin bağlanması ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri övladlarının digər məktəblərdə təhsil almasına narazılıq ediblər.

Məktəbin qarşısına yığışan valideynlər bildiriblər ki, şagirdlər məktəb bağlandıqdan sonra 259 saylı məktəbdə və peşə məktəblərində təhsillərini davam etdirirlər. Lakin həmin məktəblər uzaq olduğundan, şagirdlər üçün müəyyən problemlər yaranır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov isə APA-ya açıqlamasında deyib ki, 311 saylı məktəbdə ötən ilin payızında qaz iyi hiss olunub. O vaxt baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə məktəbdə yoxlama aparılıb: “Fövqəladə Hallar Nazirliyi məktəbdə yoxlama apardı. Təhsil naziri bir neçə dəfə bu məktəbdə oldu. Məsləhət görüldü ki, uşaqları müvəqqəti başqa məktəblərə köçürək, bu bina haqqında qərar verilənə qədər dərsi başqa binalarda keçsinlər. Sonra isə FHN-dən binadakı havanın tərkibini yoxladılar. Belə bir rəy verildi ki, yoxlama günü havanın qazlaşması normada olub, amma sonrakı günlər üçün zəmanət vermirlər. Həmin məktəb binasının altında əvvəllər neft quyuları olub, bura mədən ərazisidir. FHN uşaqları bu məktəbə qaytarmaq üçün zəmanət vermədiyindən, bu günə qədər uşaqlar iki qonşu məktəbdə dərs keçirlər. Valideynlər isə evlərinə daha yaxın olduğundan, bu məktəbdə dərs keçirilməsini tələb edirlər”.

M.Bayramovun sözlərinə görə, valideynlər bir neçə dəfə Təhsil Nazirliyində olublar: “Məsələ hökumət səviyyəsində həll olunmaqdadır. Yeni məktəbin tikintisi üçün layihə hazırlanıb, vəsait ayrılıb. Amma məktəb üçün sakinlərə yaxın olan yer ayrılması məsələsi problemdir. Bura mədən ərazisi olduğundan, demək olar ki, hamının evindən, həyətindən qaz çıxır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR