Ağsuda “İnfiniti” aşaraq yanıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb

Ağsuda “İnfiniti” aşaraq yanıb, bir nəfər ölüb, bir nəfər xəsarət alıb
# 28 iyun 2014 09:34 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Ağsu-Göylər avtomobil yolunun 7-ci kilometrliyində qeydə alınıb.

Ağsu rayonunun Cəfərli kənd sakini, 1991-ci il təvəllüdlü Faiq Məmmədovun idarə etdiyi “İnfiniti” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü Faiq Məmmədov dünyasını dəyişib, sərnişini - rayonun Qaraqaşlı kənd sakini, 23 yaşlı Famil Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı zərbənin təsiri nəticəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə ilə bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR