“Bank of Baku” “Dostlar klubu”nun üzvlərinə yeni güzəştləri təklif edir

“Bank of Baku” “Dostlar klubu”nun üzvlərinə yeni güzəştləri təklif edir
# 09 may 2013 10:37 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanın “Bank of Baku” sadiq müştərilərini güzəştlərlə təmin etmək məqsədi ilə onları “Dostlar klubu”na dəvət edir. Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu güzəştlərdən “Bank of Baku” ilə 12 ay və daha artıq müddət əməkdaşlıq edib müsbət kredit tarixçəsinə malik olan, lakin klub kartlarını hələ də əldə etməmiş müştərilər faydalana bilərlər. Bunun üçün yeganə şərt “Dostlar klubu” kartını almaqdır.

Beləliklə, mayın 7-dən 1 ay ərzində “Gümüş”, “Qızıl” və ya “Brilyant” kartı alan müştərilər ikiqat hədiyyə bonusları alacaqlar. Misal üçün, “Brilyant” kart sahibi, göstərilmiş müddət ərzində kartını əldə etsə onun plastik kartına 5 yox, 10 manat məbləğində hədiyyə bonusu yüklənəcək. Hədiyyəli bonuslarla digər növ kart sahibləri də təmin ediləcək.

Xatırladaq ki, kart sahiblərinə ayrılan bonus yeni kredit zamanı komissiya haqqının ödənilməsinə sərf edilir və ya onu mobil danışıq balansına çevirmək olur. Beləliklə, müştəri yenidən bank məhsullarından yararlandıqda daha az miqdarda komissiya haqqı ödəyir.

“Dostlar klubu” kartını həm banka birbaşa gəlməklə, həm də onlayn qaydada sifariş etmək olar : http://www.bankofbaku.com/az/online-banking/dostlar-klubu-card-online-order.html .

“Bank of Baku” “Dostlar klubu”nun üzvləri üçün bir sıra endirim və güzəştlər əldə etmək imkanı yaradır. Klub üzvləri az miqdarda komissiya haqqı ödəyir, arayışsız və sərfəli faiz dərəcəsi ilə 10 min manata qədər kredit alır, həmçinin onların kartına təcili kredit məbləği yüklənir.

Qeyd edək ki, 2011-ci ildə təsis edilən “Dostlar klubu” müştərilərin böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində kluba artıq 90 minə yaxın şəxs qoşulub.

Daha ətraflı məlumat : 145 Məlumat Mərkəzi və ya www.facebook.com/Dostlarklubu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR