Azərbaycanda ötən il qeydə alınmış hərbi cinayətlərin çoxu hərbi qulluqçuların döyülməsi, tabelilik qaydalarına əməl edilməməsi ilə bağlı olub

Azərbaycanda ötən il qeydə alınmış hərbi cinayətlərin çoxu hərbi qulluqçuların döyülməsi, tabelilik qaydalarına əməl edilməməsi ilə bağlı olub
# 27 fevral 2014 15:44 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2013-cü ilə dair hesabatında qeyd olunub.

Hesabatda qeyd edilib ki, övladları müddətli hərbi xidmətdə olan və sağlamlıq durumu pisləşmiş hərbi qulluqçuların valideynlərinin şikayətləri narahatlıq doğurur. Belə hallar cəmiyyətdə hərbi qulluğa düzgün münasibətin formalaşmasına mənfi təsir göstərir.

Hesabatda o da qeyd olunub ki, müraciətlərin araşdırılması göstərir ki, hərbi xidmətdə sağlamlıq vəziyyəti və psixoloji durumlarında müəyyən problemləri olmaqla hərbi xidmətə yararsız olan əsgərlərə, hətta zabitlərə də rast gəlinməkdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR