Bakı-Tehran istiqamətində uçuşların sayı artırılır

Bakı-Tehran istiqamətində uçuşların sayı artırılır
# 05 dekabr 2013 07:22 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azərbaycan Hava Yolları» QSC (Azal) dekabrın 28-dən başlayaraq Bakı-Tehran-Bakı istiqamətində müntəzəm uçuşların sayını artıracaq.

«APA-Economics»in «Azal»ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həftənin şənbə günləri də daxil olmaqla, Bakıdan təyyarənin uçuş saatı 10:35-də, Tehranda eniş saatı isə 11:15-də olacaq. Eyni zamanda, uçuş cədvəlinə əsasən, Tehrandan uçuş saat 12:35, Bakıda isə eniş saat 13:55-də yerinə yetiriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportundan «APA-Economics»ə bildirilib ki, «Azal» bu istiqamət üzrə həftənin I, II, V və VIIi günləri saat 00:30-da, həftənin III və IV günləri isə 10:35-də uçuşlar həyata keçirir.

Qeyd edək ki, bu marşrutla «Iran Air» aviaşirkəti də uçuş yerinə yetirir: Bakıdan I və IV günlər 20:25-də, şənbə günləri 10:36-da yerinə yetirir.

Qeyd edək ki, «Azal» uçuşları yeni aldığı «Embraer» təyyarələri ilə yerinə yetirir. Bakıdan Tehrana aviabiletin qiyməti 180 manat, hər iki istiqamətdə isə 237 manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR