Masallıda dülgər sexində yanğın olub

Masallıda dülgər sexində yanğın olub
# 07 dekabr 2013 04:21 (UTC +04:00)

Bakı-APA. Masallı rayonunda yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın rayon mərkəzindən 7 km aralıda yerləşən Köhnə Alvadı kəndində baş verib.

Hadisə nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan dülgər sexinin çardağının yanar konstruksiyaları 25 kv.m sahədə və içərisinə yığılmış 10 kub taxta materiallarının 1 kubu yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR