Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul edib - FOTO - YENİLƏNİB

Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB
# 25 oktyabr 2013 12:13 (UTC +04:00)

İsmayıllı. Elvin Yaqubov - APA. Vergilər naziri Fazil Məmmədov oktyabrın 25-də İsmayıllı rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, qəbulda İsmayıllı, Qəbələ və Oğuz rayonlarından 50-dən artıq vətəndaş iştirak edib. Nazirin qəbuluna gələn vətəndaşlar əsasən vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, eləcə də vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlərlə bağlı fikirlərini çatdırıb, onları narahat edən məsələlərin həllinə kömək göstərilməsini xahiş ediblər.

F.Məmmədov müraciətləri diqqətlə dinləyib, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə Nazirliyin müvafiq strukturlarına tapşırıqlar verib. Vətəndaşların bir sıra müraciətləri yerindəcə həll edilib, digər müraciətlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR