Beynəlxalq Əmək Təşkilatı ilə məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO

Beynəlxalq Əmək Təşkilatı ilə məşğulluq sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə edilib - <span style="color: red;">FOTO
# 14 mart 2014 16:54 (UTC +04:00)

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, M.Kərimli “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın icrası sahəsində görülən işlər barədə danışıb.

BƏT-lə əməkdaşlıq müstəvisində həyata keçirilən tədbirləri diqqətə çatdıran nazir müavini bu əməkdaşlığın ölkədə əmək və məşğulluq sisteminin təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb. Y.Həmzəyev BƏT-in Azərbaycan hökuməti ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini qeyd edib, eyni zamanda ölkədə məşğulluğun, xüsusilə gənclərin məşğulluğunun təminatı istiqamətində aparılan siyasətin BƏT tərəfindən maraqla izləndiyini bildirib. Görüşdə həyata keçirilən birgə layihələr və gələcək əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Nazir müavini BMT İnkişaf Proqramının rezidentinin müavini Nato Alhazişvili ilə görüşündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT İP ilə əməkdaşlıq müstəvisində icra olunan layihələrdən söz açıb. Qeyd olunub ki, 2004-cü ildən etibarən həyata keçirilən bu əməkdaşlıq ölkəmizdə innovasiyanın və məşğulluğun inkişafına öz töhfəsini verib. Xüsusən də birgə icra olunan “Azərbaycanda innovasiyanın və məşğulluğun inkişafı” layihəsi çərçivəsində Bakı və Sumqayıtda yaradılan SYSLAB mərkəzləri iş axtarışı bacarıqlarının inkişafında, işaxtaranların əmək bazarına inteqrasiyasında önəmli rol oynayıb.

Görüşdə gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR